Müvafiq kadr olmadıqda əsas və ikinci xarici dillərə ayrılan saatlar hansı fənlərin tədrisinə verilir?
Müvafiq kadr potensialı olmadıqda əsas və ikinci xarici dillərə ayrılan saatların hansı fənlərə verilməli olduğu açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planlarının təsdiqi haqqında" Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrində öz əksini tapıb.
 
Qeyd olunub ki, xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda, əsas və ikinci xarici dillərə ayrılan saatlar aşağıdakı fənlərin tədrisinə verilir.
 
1. İbtidai siniflərdə tədris dilinin;
2. Tədris Azərbaycan dilində aparılan V (beşinci) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, “Riyaziyyat” və “İnformatika” fənlərinin, tədris digər dillərdə aparılan V (beşinci) siniflərdə tədris dilinin və “Riyaziyyat” fənninin;
3. Tədris Azərbaycan dilində aparılan VI-VIII (altıncı-səkkizinci) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, “Riyaziyyat”, “İnformatika” və “Azərbaycan tarixi” fənlərinin, tədris digər dillərdə aparılan VI-VIII (altıncı-səkkizinci) siniflərdə tədris dilinin, “Riyaziyyat” və “İnformatika” fənlərinin;
4. IX (doqquzuncu) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, “Riyaziyyat”, “İnformatika” və “Azərbaycan tarixi” fənlərinin;
5. X-XI (onuncu-on birinci) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, “Riyaziyyat”, “Kimya”, “Fizika”, “Coğrafiya” və “Azərbaycan tarixi” fənlərinin.


06.09.2024 | 12:48