“Xüsusi istedadlı uşaqlarla çalışan ixtisaslaşmış liseylərdə tədris proqramının və qiymətləndirmənin təşkili” adlı təlim keçirilib | |
4 sentyabr tarixində qəbulu mərkəzi imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların direktor, direktor müavinləri və müəllim heyəti üçün “Xüsusi istedadlı uşaqlarla çalışan ixtisaslaşmış liseylərdə tədris proqramının və qiymətləndirmənin təşkili” adlı təlim keçirilib.
Bu barədə Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə məlumat verilib.
Bildirilib ki, təlimdə fənn kurikulumları və yeni dərsliklər, istedadlı uşaqlarla işin təşkili kimi mövzulardan bəhs edilib. Eyni zamanda ötən illər ilə müqayisədə lisey və gimnaziyaların müxtəlif göstəriciləri təhlil edilib və inkişaf dinamikası izlənilib. Nəticələr müzakirə edilib və növbəti tədris ili üçün hədəflər müəyyənləşdirilib.
|
|
04.09.2024 | 16:27 | |
|
|
|