Gəncə, Masallı və Cəlilabad şəhərləri üzrə "Məktəblinin dostu” vəzifəsinə işçi qəbulu elan olunur

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir.

"Azərbaycan müəllimi" elanı təqdim edir.

 

Region:

- Gəncə, Masallı və Cəlilabad şəhərləri üzrə;

 

Tələblər:

 

- Ali təhsil;

- 21-30 yaş aralığı;

- Azərbaycan dilində səlis danışmaq;

- Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

 

Gəncə, Masallı və Cəlilabad şəhərləri üzrə elan olunmuş vakansiyalara kişi və qadın namizədlər müraciət edə bilərlər.

 

Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər.

 

Öhdəliklər:

 

- Məktəb heyəti və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq;

- Fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək;

- Şagirdlərin özünüinkişaf və intellektual bacarığının formalaşdırılmasında iştirak etmək.

 

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edirlər.

 

İmtahanda məntiq və ümumi dünyagörüşünə, ilkin psixoloji dəyərləndirməyə, təhsil qanunvericiliyinə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunur.

 

Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.

 

Təlimlərdən uğurla keçən namizədlər işə cəlb olunacaqlar.

 

İşə müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.

https://docs.google.com/.../11lGOjZUi89HhPTA8p4CW.../edit...

 

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi 04.09.2024



03.09.2024 | 23:23