Coğrafiya İnstitutunun əməkdaşı gənclərə “Vikipediya” üzrə təlim keçib | |
Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova Şəkidə “Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq” adlı yay düşərgəsində təlimçi və təşkilatçı kimi iştirak edib.
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirin məqsədi Azərbaycanda “Vikimedia” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarının təkmilləşdirilməsi olub.
Coğrafiya İnstitutunun əməkdaşı iştirakçıları “Vikipediyanın” tarixi, platformanın əsas prinsip və qaydaları ilə tanış edib, onlara açıq mənbəli məlumatın idarə olunması və “Vikipediya” platformasında effektiv redaktə metodlarını öyrədib, məqalə yaratma, redaktə etmə və mənbələrdən düzgün istifadə üzrə praktiki biliklər təqdim edib. Dörd gün müddətində “Vikipediya”da 200 məqalə, “Vikimənbə”də isə 207 məqalə yerləşdirilib və “Vikianbar”a (Commons) Şəkinin 50-dək abidəsinin fotoları yüklənib.
|
|
03.09.2024 | 16:44 | |
|
|
|