Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəb yenidən təşkil edilir | |
Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəb öz fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək.
Bu barədə "Azərbaycan müəllimi"nə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun sosial-psixoloji mühit yaratmaqdır.
Təhsil müəssisəsində dərslər təmayül tədris planları əsasında təşkil ediləcək. Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən icra olunacaq.
Qeyd olunub ki, məktəbə şagirdlərin qəbul qaydaları və digər zəruri məlumatlar haqqında əlavə məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
|
|
30.08.2024 | 08:45 | |
|
|
|