UNEC COP29-a həsr olunan beynəlxalq simpoziuma ev sahibliyi edəcək | |
Avqustun 31-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə COP29-a həsr olunan beynəlxalq multidisiplinar simpozium keçiriləcək.
UNEC-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, “BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda təşkil olunacaq beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya və Moldovadan olan alimlərin iştirakı ilə müzakirələr aparılacaq.
Müzakirələr əsasən, milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, qlobal problemlərin həllində rəqəmsallaşmanın rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi mövzularında olacaq. Həmçinin ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində qloballaşma faktoru, sosial problemlərin həllində elmin rolu, ətraf mühitin mühafizəsində beynəlxalq ənənələr və digər mövzularda müzakirə aparılacaq.
|
|
29.08.2024 | 09:14 | |
|
|
|