Qarabağ Universitetində STEAM mərkəzinin yaradılması nəzərdə tutulur
“Növbəti ildən Qarabağ Universitetində STEAM mərkəzinin yaradılması və STEAM əsaslı öyrənmənin tətbiqi nəzərdə tutulub".
 
Bu fikirləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
 
İ.Nəzərov qeyd edib ki, həmçinin STEAM mərkəzlərinin bütün Qarabağ ərazisini əhatə etməsi ilə bağlı konsept təqdim edilib: “İşğaldan azad olunmuş ərazilərdə tikilən bütün məktəblərdə STEAM mərkəzləri, yaxud kabinetləri var. Ağdamda, Laçında, Zəngilanda, Şuşada bu mərkəzlər mövcuddur, Kəlbəcərdə, Füzulidə tikiləcək məktəblərdə də mərkəzlərimizin olması nəzərdə tutulub”.
 
Günel ABBAS


28.08.2024 | 10:25