Ceyhun Bayramov: Türkiyə-Azərbaycan Universitetinin yaradılması əmək bazarına ən hazırlıqlı kadrların yetişdirilməsi üçün ciddi bir addımdır | |
"Humanitar sahədə Azərbaycanla Türkiyə arasında əməkdaşlıq xüsusi çəkiyə malik olub. Bu mənada mən iki ölkə prezidentinin təlimatına əsasən və onların baxışına uyğun şəkildə Türkiyə-Azərbaycan Universitetinin qurulmasının başa çatması münasibətilə həm Azərbaycan, həm də Türkiyə tərəfini ürəkdən təbrik etmək istərdim".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdikləri mətbuat konfransında deyib.
O bildirib ki, artıq yeni universitetə tələbə qəbulu başa çatıb və ölkənin texniki sahədə ən bilikli, ən bacarıqlı namizədləri o universitetə qəbul olmaq üçün müraciət edib və qəbul olunublar:
"Beləliklə, yeni tədris ilindən başlayaraq universitet ilk tələbələrinə qapılarını açacaq. Hesab edirik ki, vahid bir çətir altında Türkiyə və Azərbaycanın aparıcı universitetlərinin proqramlarını özündə birləşdirən bir universitetin yaradılması iki ölkənin bu sahədə əməkdaşlığının gücləndirilməsi, eyni zamanda həm Azərbaycanda, həm də daha geniş coğrafiyada əmək bazarına ən hazırlıqlı kadrların yetişdirilməsi üçün ciddi bir addımdır. Burada mən Türkiyə tərəfindən Orta Doğu, İstanbul Texniki və Hacettepe universitetlərini xüsusi olaraq qeyd etmək istərdim. Bu nüfuzlu universitetlər Azərbaycanda da tələbə hazırlığında ən fəal şəkildə iştirak edəcəklər".
|
|
27.08.2024 | 22:41 | |
|
|
|