Təhsil naziri Bakıda məktəb direktorunun döyülməsi faktını pislədi | |
Noyabrın 20-də Bakı şəhər 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəyev aktyor Rza Rzayev tərəfindən fiziki zorakılığa məruz qalıb. Nəticədə ciddi xəsarət alan direktor xəstəxanaya yerləşdirilib. Olayla bağlı təhsil naziri Ceyhun Bayramov münasibət bildirib.
Nazir bu gün keçirdiyi mətbuat konfransında deyib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır: "Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".
|
|
21.11.2018 | 16:23 | |
|
|
|