Balakəndə məktəbin boş sinif otağına ildırım düşüb | |
Avqustun 26-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəbin boş sinif otağına ildırım düşüb.
Bu barədə "Azərbaycan müəllimi"nə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində sinif otağına ziyan dəyib, bir neçə stol və stul yanıb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub. Sinif otağının tədris ilinin başlamasına qədər təmir edilməsi üçün müvafiq addımlar atılıb.
|
|
26.08.2024 | 11:29 | |
|
|
|