DİM sədri: Ali təhsil müəssisələrinə qəbul planının 95%-dən çoxu dolub | |
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
M.Abbaszadə bildirib ki, 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub:
“Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3 715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2 523 nəfər çoxdur.
Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.
Günel ABBAS
|
|
26.08.2024 | 11:11 | |
|
|
|