"Gənc robotçu" layihəsi üzrə təlimlər yekunlaşıb | |
Azərbaycan Gənclər Fondunun "İdeyanı reallaşdır-2023" müsabiqəsinin qalibi olan "Gənc robotçu" layihəsi üzrə təlimlər başa çatıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Mühəndislik Universitetindən (BMU) məlumat verilib. Bildirilib ki, layihənin rəhbəri BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının "İnformasiya texnologiyaları" İxtisasının 4-cü kurs tələbəsi Nihad Məhərrəmov layihə çərçivəsində keçirilən təlimlərdə mühəndislik sahəsinin cəmiyyətdəki rolu və əhəmiyyəti barədə danışıb:
"Təlimlər mühəndisliyi çərçivəsində müxtəlif aspektləri, onun iqtisadiyyatla və gündəlik həyata təsirləri mövzusunda müzakirələr apardıq".
Təlimçi vurğulayıb ki, 30 gənc iştirak edib, onlara robotlaşdırma dron texnologiyaları sahəsində ilkin biliklər verilib:
"5 moduldan ibarət təlimlərdə iştirakçılar müvafiq texnologiyaların nəzəri əsasları ilə yanaşı,
praktiki bacarıqlar da əldə ediblər".
Təlimlərin sonunda layihədə uğurla iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycanda gənclərin mühəndislik sahəsinə marağını artırmaq və onları bu sahədə bilik və bacarıqlar əldə etməyə təşviq məqsədi daşıyır.
|
|
23.08.2024 | 15:16 | |
|
|
|