Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşıb | |
Bu gün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirlib ki, axırıncı gündə müsahibələrə 167 nəfər namizəd dəvət olunub. Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.
Avqustun 14-dən etibarən start götürən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5740 namizədin dəvət olunub.
Müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılıb. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, şəxsi səhifələrində göstərilən tarixdə müsahibə mərhələsində iştirak etməyən namizədlərin müraciəti "vakant yerdən imtina" kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə əsasında işə qəbul turlarında iştirakları mümkün olmayacaq.
|
|
22.08.2024 | 17:25 | |
|
|
|