İbtidai sinif müəllimləri üçün təlim | |
Noyabrın 20-də Daşkəsən rayon İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərdə dərs keçən ibtidai sinif müəllimləri üçün TIMSS (Trends in Mathematics and Science Study)–riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramı ilə bağlı təlim keçirilib.
Təhsil şöbəsindən aldığımız məlumata görə, təlimin keçirilməsində əsas məqsəd proqramda iştirak edəcək 4-cü sinif şagirdlərinə riyaziyyat fənnini tədris edən müəllimlərin proqramla bağlı məlumatlandırılmasıdır.
Seminarda beynəlxalq qiymətləndirmənin mahiyyəti və məqsədləri haqqında iştirakçılara ətraflı məlumatlar verilib.
Şakir CƏFƏROV |
|
20.11.2018 | 17:41 | |
|
|
|