Agentlik: Bu günə qədər 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib | |
İyulun 11-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib.
2024-2025-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulu proqnozlaşdırılan uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
|
|
16.08.2024 | 11:51 | |
|
|
|