Beynəlxalq tələbə həftəsinə həsr edilmiş yekun tədbir

Naxçıvan Dövlət Universitetində Beynəlxalq tələbə həftəsinə həsr edilmiş yekun tədbir keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilən tədbirlərin əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili olduğunu  bildirib.

 

“Kitabxanaçılıq və informasiya” ixtisası üzrə IV kurs tələbəsi Elvin Məmmədli  və “Bilogiya müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Sima Bayramova ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nəzərə çatdırıblar. Bildirilib ki, ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

 

Sonda Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilmiş müsabiqələrdə yer tutmuş tələbələr mükafatlandırılıb.



20.11.2018 | 18:19