Bu günə qədər 48 mindən çox şəxs təhsil tələbə krediti alıb | |
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər 48751 nəfər təhsil tələbə krediti almaq üçün müraciət edib.
Fonddan "Azərbaycan müəllimi"nə verilən məlumata xəbərə görə, 37822 tələbəyə isə təhsil tələbə krediti verilib. Onlardan 12937-si sosial, 24885 nəfər isə standart təhsil tələbə krediti alıb.
9914 nəfərin müraciətinə müxtəlif səbəblərdən imtina verilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə təsis olunub.
|
|
15.08.2024 | 09:35 | |
|
|
|