Xaricdə təhsil üzrə Dövlət Proqramına doktorantura səviyyəsi əlavə edilib
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na doktorantura səviyyəsi də əlavə edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
 
Qeyd olunub ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcəkdir.


12.08.2024 | 12:59