Dövlət Proqramı təqaüdçüləri müqavilələrin imzalanması üçün təşkil olunan görüşdə iştirak ediblər
"2022-2026 Dövlət Proqramı" təqaüdçüləri ilə Elm və Təhsil Nazirliyi arasında bağlanılacaq müqavilələrin imzalanması həyata keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan tələbələr müqavilələrin imzalanması üçün təşkil olunan görüşdə iştirak ediblər.
 
Baş tutmuş görüşdə ABŞ, Böyük Britaniya və  Şimali İrlandiya Birləşmiş Krallığı üzrə nüfüzlu ali təhsil müəssisələrində təhsil alacaq tələbələrlə ümumi tanışlıq baş tutmuşdur.
 
Görüş çərçivəsində proqram iştirakçıları ilə tədrisin monitorinqi, maliyyələşmə prosedurları və digər aidiyyatı məsələlərin müzakirəsi həyata keçirilmişdir. Sonda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılmiş, proqram iştirakçılarına aid müqavilə nüsxələri və təqaüd kartları təqdim olunmuşdur.
 
Qeyd edək ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə  ilkin nəticələrə əsasən ümumilikdə 295 nəfər namizəd Seçim Qaydalarının tələblərinə uyğun olaraq proqram iştirakçısı adını qazanıb.


12.08.2024 | 09:26