Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib | |
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
"Azərbaycan müəllimi” xəbər verir ki, seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi astr.ü.f.d Ülkər Rüstəm “Nüvə astrofizikasının əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə nüvə astrofizikası, astrofizikanın bir sahəsi olaraq, ulduzların və digər astrofizik obyektlərin daxilində baş verən nüvə prosesləri, kainatın kimyəvi tərkibi, ulduzların enerji mənbələri və kosmik hadisələrin dinamikasından bəhs olunub. Massiv ulduzların daxilində və ya CNO dövrü ilə gedən reaksiyalar, ağır elementlərin sintezi baş verir. Nüvə sintezi nəticəsində və ya ifratyeni partlayışlarında dəmir, nikel və digər ağır elementlər yaranır. Bu proseslər kainatdakı elementlərin müxtəlifliyi nüvə astrofizikasında nəzəri modellər və kompüter simulyasiyaları ulduzların təkamülü, ifratyeni partlayışları və digər nüvə proseslərini anlamağa kömək edir.
|
|
07.08.2024 | 13:09 | |
|
|
|