Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi istifadəyə verilib
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, “Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir. Bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə edə və bir neçə saniyə içərisində oxuya biləcəklər.
 
Qeyd edək ki, “Elsevier” şirkəti tərəfindən yaradılmış sistem 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.


02.08.2024 | 18:08