UNEC “İnsan resurslarının idarəedilməsi” mini-MBA təlim proqramına start verir | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzi “İnsan resurslarının idarəedilməsi” (HRM) mini-MBA sertifikatlı təlim proqramına start verir.
UNEC-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, proqram HR-in əsas idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır və xüsusi idarəetmə təcrübələrinə uyğunlasdırılıb. Aparıcı qurumların rəhbər şəxsləri, eləcə də peşəkar təlimçilər tərəfindən keçiriləcək proqramda iştirakçılar qısa müddətdə HRM-in bütün idarəetmə sistemini öyrənmək, işdən ayrılmayaraq HRM üzrə təcrübə qazanmaq və şəbəkələşmə üzrə bilik və bacarıqlar əldə edəcəklər. Altı aylıq proqramın sonunda təlimi uğurla bitirənlər UNEC-in mini-MBA sertifikatını qazanacaqlar.
Təlimlər sentyabrın 15-də başlayacaq. Beş moduldan ibarət təlim proqramı “HR strateji tərəfdaş”, “İstedadların cəlbi və iş yerində saxlanılması”, “İstedadların inkişafı və idarə edilməsi”, “HR analitika və hesabatlıq”, “Əmək qanunvericiliyi və kadr işi kargüzarlığı” mövzularını əhatə edir.
Dərslər həftədə 2 dəfə, 19:00-21:30 aralığında təşkil olunacaq. Təlim ödənişlidir.
Ətraflı məlumat üçün hrm.minimba@unec.edu.az ünvanına yazmaq olar.
|
|
02.08.2024 | 11:39 | |
|
|
|