Nurlan İsmayılbəyli: 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir | |
400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün işlər davam etdirilir:
"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".
|
|
31.07.2024 | 16:22 | |
|
|
|