Naxçıvanda 600-700 intervalında bal toplayan məzunların sayı ötən illə müqayisədə 2.5 dəfə artıb
Naxçıvan Muxtar Respublikasında ümumi təhsil məktəblərinin şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.
 
Naxçıvan Muxtar Respublikanın Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, buraxılış imtahanlarında son üç ilin ən yüksək nəticəsini göstərən məzunlar qəbul imtahanlarında da ötən ilin nəticələrini geridə qoyublar.

Belə ki, 2023-2024-cü tədris ilində muxtar respublikanın ümumi təhsil məktəblərində təhsil alan 104 məzun 600-700 intervalında bal toplayıb ki, buda ötən tədris ili ilə müqayisədə 2.5 dəfə çoxdur.
 
Qeyd olunub ki, ötən il 42 məzun 600-700 intervalında bal toplayıb.


31.07.2024 | 13:51