BDU “Orhun” mübadilə proqramı çərçivəsində əlaqələri genişləndirir
Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız-Türk “Manas” Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Qırğız-Türk “Manas” Universitetinin rektoru Alpaslan Ceylan imzalayıb. Protokol çərçivəsində akademik heyətin, tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.
 
1995-ci ildən fəaliyyət göstərən Qırğız-Türk “Manas” Universitetində 11 fakültə üzrə 6000-ə yaxın tələbə təhsil alır.


31.07.2024 | 13:10