Məktəbin həyətinə daxil olmaq istəyən gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır | |
Bakıda məktəbin həyətinə daxil olmaq istəyən gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 nömrəli orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
|
|
30.07.2024 | 17:25 | |
|
|
|