Xəzər dənizinin şimal hissəsinin sahilyanı ekosistemləri ilə bağlı tədqiqat aparılır
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun əməkdaşlarının mühüm elmi nəticələrinin əks olunduğu məqalə “Web of Science” bazasına daxil olan beynəlxalq jurnalda dərc olunub.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, Kəmala Əsədova, Rəna Abdıyeva, Naibə Mehdiyeva və Nigar Mürsəlin həmmüəllifi olduğu “Xəzər dənizinin şimal hissəsinin (Azərbaycan daxilində) sahilyanı ekosistemlərinin bitkiliyinin vəziyyətinin qiymətləndirilməsi və onların transformasiyası” məqaləsi ingilis dilində “Biodiversity Journal”da çap olunub.
 
Məqalədə Xəzər dənizinin şimal hissəsində (Azərbaycan daxilində) floranın monitorinqi, sahilboyu ərazilərin növ müxtəlifliyinin və bitki örtüyünün analizi, sahil zonallığından asılı olaraq suksessiyanın tipləri, eləcə də antropogen faktorların təsirinin nəticələri əks olunub. Əldə edilmiş materiallar əsasında gələcəkdə Xəzər dənizinin səviyyəsində mümkün dalğalanmalarla bitki örtüyünün gələcək inkişafının mümkün fluktasiyaları proqnozlaşdırılır.


30.07.2024 | 13:05