BDU Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) ilə Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BDU-dan məlumat verilib. Bildirilib ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Muxtar Toleqen imzalayıb. Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur. Bu gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
 
Qeyd edək ki, əsası 1996-cı ildə  qoyulmuş Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetində 11 fakültə üzrə 6.000-ə qədər tələbə təhsil alır.


30.07.2024 | 11:03