Sağlamlıq imkanı məhdud uşaqların məktəbə qəbulu hansı qaydada həyata keçirilir? | |
Sağlamlıq imkanı məhdud uşaqların məktəbə qəbulu üçün valideyn yaşayış ərazisinə uyğun olaraq yerli təhsili idarəetmə orqanına müraciət etməlidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası mövcud qanunvericiliyinə əsasən, uşaqlarda sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi və onların xüsusi təhsilə cəlb olunması rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.
Uşaqların psixoloji tibbi-pedaqoji komissiya tərəfindən müayinə olunması üçün valideynin ərizəsi, baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma-27), valideynin və uşağın şəxsiyyət vəsiqələrinin surəti, yaşayış yerindən arayış tələb olunur.
|
|
29.07.2024 | 16:57 | |
|
|
|