Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər
21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.
 
 
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.


29.07.2024 | 16:49