Tələbələrin köçürülməsi üçün sənəd qəbulu davam edir
Xəbər verdiyimiz kimi, 25 iyuldan etibarən tələbələrin köçürülməsi üçün müraciətlərin qəbuluna başlanılıb.
 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, həmin tarixdən elektron portal üzərindən 1340 tələbə köçürülmə üçün müraciət edib.
 
Müraciətlərin qəbulu 31 iyul saat 18:00-da sona çatacaq və təhsil müəssisələri tərəfindən emal olunduqdan sonra nəticələr şəxsi kabinetlərə göndəriləcək.
 
Qeyd: Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Bunun üçün  müraciətçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.


28.07.2024 | 15:07