“Korrupsiyaya qarşı mübarizəyə dair fəaliyyət planı” ilə bağlı görüş keçirilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovanın, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılovun, eləcə də Regional Təhsil İdarələrinin rəhbərlərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizəyə dair fəaliyyət planı”nın icra vəziyyəti və qarşıda duran hədəflərlə bağlı geniş tərkibdə onlayn görüş keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə MÜTDA-dan məlumat verilib. Bildirilib ki. görüşdə vətəndaşlara xidmət sahəsində tətbiq edilən elektron xidmətlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, keçirilən monitorinqlərin əhatəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb və müavifiq tapşırıqlar verilib. 
 
Təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılması, sağlam təhsil mühitinin yaradılması, təhsilalanların və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsinin prioritet istiqamətlərdən olduğu vurğulanıb. 
Həmçinin, vətəndaş müraciətlərinin cavablandırılması, tam və hərtərəfli araşdırılması və bu prosesə nəzarətin gücləndirilməsinin  zəruriliyi diqqətə çatdırılıb.
 
Görüşdə yeni dərs ilinə hazırlıqla bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə tapşırıqlar verilib.


26.07.2024 | 16:50