UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirmək şansı qazanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə UNEC-dən məlumat verilib. Bildirilib ki, 11 tələbə ikili diplom proqramı çərçivəsində Fransanın Monpelye Universitetində alacaq. Onlar 4-cü kursda təhsillərini UNEC-də davam etdirərək hər iki universitetin diplomunu əldə edəcəklər.
 
Yeddi tələbə isə mübadilə proqramı ilə payız semestrində İspaniya, Almaniya, İtaliya, Polşa və Rusiyanın Malaqa, Ziqen, Sapienza, Kozminski, Sankt-Peterburq universitetlərində təhsil almaq hüququ qazanıb.


26.07.2024 | 16:26