İstanbul Arel Universitetinin rəhbər heyəti Xəzər Universitetində olub | |
2024-cü il iyulun 18-də İstanbul Arel Universitetinin rektoru prof. dr Ercan Gegez, rektor müşaviri prof. dr Özgür Çengel, Beynəlxalq əlaqələr ofisinin müdir müavini Omid Salimi Lak və Askunicom Təhsil Şirkətinin baş direktoru Burak Gönül ilə Xəzər Universitetində görüş keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Bildirilib ki, görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva iştirak ediblər.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb, eləcə də təhsil müəssisələri arasında tərəfdaşlıq və əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
İmzalanma mərasiminin sonunda hədiyyələr verildi və xatirə şəkilləri çəkildi.
|
|
23.07.2024 | 17:12 | |
|
|
|