COP29 tədbirləri çərçisində “YaşılHəmrəyFest” festivalı keçirilib | |
"Yaşıl dünya naminə həmrəylik ili" və COP29 tədbirləri çərçisində
keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, festival Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilib.
Festivalın I mərhələsinə Bakı şəhəri, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Mərkəzi Aran regional təhsil idarələri üzrə 300-ə yaxın çox məktəbli qatılıb, final mərhələsində 110 şagird iştirak edib.
Festival çərçivəsində “Gəncliyin enerji mənbələri”, “Yaşıl diplomatiya”, “Heyvanları birlikdə mühafizə edək” mövzuları üzrə panel müzakirələr aparılıb, master-klasslar, yarışlar təşkil edilib. Festival iştirakçıları 4 nominasiyadan biri (su, iqlim, enerji, ekoloji təmiz qida) üzrə hazırladıqları startap və innovasiya, dayanıqlı texnologiyalar üzrə layihələri nümayiş etdiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
|
|
22.07.2024 | 14:43 | |
|
|
|