Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən 4 ali təhsil müəssisəsində 11 proqram üzrə ikili diplom proqramının akkreditasiyası keçirilib
Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən 4 ali təhsil müəssisəsində 11 proqram üzrə ikili diplom proqramının akkreditasiya prosesi keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabat tədbirində bildirib.
 
Onun sözlərinə görə, proses 2019-2023-cü illər üçün ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində həyata keçirilib.
 
Günel ABBAS


19.07.2024 | 16:07