Tural Əhmədov: "İbtidai sinif müəllimliyi" ixtisası üzrə 14 ali təhsil müəssisəsində proqram akkreditasiya qiymətləndirilməsi aparılacaq
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu ilin sonunadək 14 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabat tədbirində bildirib.
 
Onun sözlərinə görə, 3 ali təhsil müəssisəsində proqram akkreditasiyası keçirilmiş və qiymətləndirilməsi davam edir.

Digər 11 universitetdə isə qiymətləndirmə il sonunadək aparılacaq.
 
 
Günel ABBAS


19.07.2024 | 15:38