"Azərbaycan müəllimi" qəzetinin təşkilatçılığı ilə Milli Mətbuat Günü tədbiri keçirilib - FOTOLAR - VİDEO
İyulun 18-də “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. 
 
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin rəsmi şəxsləri, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurasının üzvləri, eləcə də media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. 
 
Tədbirdə əvvəlcə “Elm və Təhsil Nazirliyinin fəaliyyəti mediada” mövzusunda videoçarx nümayiş olunub. 
 
Sonra elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, nazirliklə media arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb və onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. 
 
Tədbir bədii hissə ilə davam etdirilib.


19.07.2024 | 12:25