"STEAM vasitəsilə yaşıl bacarıqlar" layihəsinin ilkin mərhələsi yekunlaşıb | |
UNICEF, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda məktəbli uşaqlar arasında yaşıl bacarıqların inkişafına və innovasiyaların təşviqinə yönələn yeni layihə həyata keçirməyə başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2024-cü ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a yaxınlaşdığımız bir vaxtda, bu təhsil layihəsi azərbaycanlı uşaqların və yeniyetmələrin STEAM təhsili vasitəsilə vacib yaşıl bacarıqları inkişaf edəcək.
“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi çərçivəsində əsas diqqət uşaq və yeniyetmələr, o cümlədən həm oğlanlar, həm də qızlar arasında iqlim dəyişmələri barədə biliklərin artırılmasına və eko-texnoloji bacarıqların formalaşdırılmasına yetiriləcək.
2024-cü ilin noyabrına qədər davam edəcək olan layihə Azərbaycanın müxtəlif bölgələrində 12-16 yaşlı 250 nəfər gənc iqlim innovatorunu müəyyən edəcək və onlara dəstək göstərəcək. Seçilmiş iştirakçılar Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatala rayonlarındakı STEAM Mərkəzlərində ixtisaslı təlimçilər, iqlim ekspertləri və mütəxəssisləri tərəfindən keçiriləcək 3 aylıq təlim və mentorluq proqramlarından faydalanacaq.
Qeyd edək ki, “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi COP29 çərçivəsində iqlim tədbirləri üzrə milli məqsədlərə uyğun olaraq, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və STEAM Azərbaycan layihəsinin əməkdaşlığı ilə icra olunur.
|
|
18.07.2024 | 11:37 | |
|
|
|