Dövlət Proqramı məzununun dissertasiya işi “Master`s Dissertation Awards 2023-2024” çərçivəsində mükafata layiq görülüb | |
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Bath" ali təhsil müəssisəsində "Təhsil" ixtisası istiqaməti üzrə magistratura səviyyəsində təhsil almış Natəvan Qocayevanın dissertasiya işi "British Council" tərəfindən təşkil edilən “Master's Dissertation Awards 2023-2024” çərçivəsində "Special Commendation" mükafatına layiq görülüb.
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət Proqramının İdarəetmə Qrupundan məlumat verilib.
Qeyd olunub ki, sözügedən mükafat hər il Böyük Britaniya universitetləri arasında ingilis dilinin tədrisi sahəsində təhsil alan və yalnız fərqlənmə diplomu almış dissertasiyalar arasından seçilir.
|
|
18.07.2024 | 11:05 | |
|
|
|