Qarabağ Universitetinin "Hüquqşünaslıq" ixtisasının təhsil proqramı və məzmununa dair Vəkillər Kollegiyasında müzakirə təşkil olunub
Qarabağ Universitetinin "Hüquqşünaslıq" ixtisasının təhsil proqramı və məzmunu üzrə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında müzakirə təşkil olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov və Vəkillər Kollegiyası Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədov iştirak ediblər. 
 
Görüş zamanı "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alacaq tələbələrin Azərbaycan Respublikası Vəkillər Kollegiyası və bürolarında praktiki təcrübə imkanları, Qarabağ Universitetində yay və qış məktəbləri, eləcə də məhkəmə icraatı üzrə simulyasiyaların təşkili ilə bağlı mövzular müzakirə edilib.


17.07.2024 | 09:31