"Qərbi Azərbaycana qayıdış" mövzusunda təşviqat, təbliğat və maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək
“Qərbi Azərbaycana qayıdış” mövzusunda təşviqat, təbliğat və maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək. 
 
Bunu Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil olunan  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib. 
     
Aparat rəhbəri bu il Naxçıvan Muxtar Respublikasında keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış”  festival-konqresində elm və təhsil naziri Emin Əmrullayevin, eləcə də digər çıxış edən iştirakçıların təkliflərinin xüsusi diqqətdə saxlanıldığını, “Qərbi Azərbaycana qayıdış” tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini bildirib: “Biz, eləcə də, gənc alimlərimizin “Qərbi Azərbaycana qayıdış” mövzusu ilə bağlı tədqiqatlar aparmalarına diqqət yetirməyi düşünürük, eyni zamanda ali təhsil müəssisələrində də  silsilə tədbirlərin təşkili nəzərdə tutulur.Və Qərbi Azərbaycan İcması bütün bu proseslərdə, reallaşdıracağımız işlərdə bizim əsas tərəfdaşımızdır. Birgə görəcəyimiz işlərdə  Qərbi Azərbaycan İcmasının bütün əməkdaşlarına verəcəkləri dəstəyə görə  əvvəlcədən təşəkkür edirəm”.


16.07.2024 | 16:32