BMU komandasının hazırladığı PUA birinci olub
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası "TEKNOFEST-2024" çərçivəsində keçirilən “Beynəlxalq Pilotsuz Uçuş Aparatları” kateqoriyası üzrə müsabiqədə uğur qazanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, komandanın (mentor-Rüstəm Kələntərov, tələbələr-Nadir Daşdiyev, Nurtac Mirili, Rəşad Əliyev, Nihad Məhərrəmov, Məhəmməd Yusubov) hazırladığı PUA ilk mərhələdə 80.5 xal (100) toplayaraq Azərbaycan üzrə birinciliyi qazanıb.
 
BMU-nun komandası hazırda müsabiqənin ikinci mərhələsində mübarizə aparır və nəticədən asılı olaraq Türkiyənin Adana şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında iştirakı planlaşdırılır.
 
Layihə ilkin hazırlıq müddətində də müxtəlif müsabiqələrdə təqdim olunub,  Azərbaycan-Türkiyə Elm və İnnovasiya Ekosisteminin ekspertləri tərəfindən müsbət rəy alıb.
 


15.07.2024 | 15:37