Qazax məktəblisi Avropa birinciliyində bürünc medal qazanıb
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçirilib.
 
Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Avropa birinciliyində iştirak edən Qazax şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Muhəmmədəli Məmmədzadə yaşı 15-ə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 
 
İdmançımız birdən qaldırma hərəkətində 120 kq çəkini ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.


12.07.2024 | 21:10