LDU-da elmi seminar keçirilib
Lənkəran Dövlət Universiteti (LDU), Dendrologiya İnstitutu, Gəncə Nəbatat bağı və Türkiyənin Siirt Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və respublikamızda keçiriləcək COP29-la bağlı “İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri” mövzusunda onlayn seminar keçirilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, seminarda LDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Ramiz Şəmmədov, LDU-nun Biologiya və ekologiya kafedrasının əməkdaşları, Dendrologiya institutunun baş direktoru dosent Minarə Həsənova, həmin institutun əməkdaşları, Siirt üniversitetinin əməkdaşlarından dosent  Arzu Çığ, dosent Fatih Çığ, Gəncə Nəbatat bağının əməkdaşları iştirak ediblər.
 
Onlayn seminarda Siirt Universitetinin dosenti Arzu Çığ və Fatih Çığın məruzələri dinlənilib. Məruzə ətrafında LDU-nun doenti Ramiz Şəmmədov, Gəncə Nəbatat bağının əməkdaşı, biologiya üzrə elmlər doktoru Aynur Bayramova və başqaları çıxış ediblər.
 
Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


12.07.2024 | 14:16