SDU-nun kafedralarına yeni müdirlər seçilib

Sumqayıt Dövlət Universitetinin kafedralarına yeni müdirlər seçilib.

 

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.

 

Xaliqə Əliquliyeva Energetika, Cavanşir Məmmədov Avtomatika və mexanika, Gülnarə Quliyeva isə Fizika kafedrasına müdir seçilib.

 

Xəyalə Əliquliyeva 2006-cı ildə BDU-nun “Fizika” ixtisasını bakalavriat səviyyəsi üzrə bitirib, 2009-cu ildə “Bioloji Fizikanın əsasları” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 

 

2009-2017-ci illərdə Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2017-ci ildə SDU-nun Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasında baş müəllim, 2018-ci ildə isə dosent vəzifəsinə təyin olunub. 

 

Namizədlik dissertasiyasını 2016-cı ildə müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2023-cü ildə dosent elmi adı alıb. 

 

Cavanşir Məmmədov 1988-1990-cı illərdə Sumqayıt Alüminium Zavodunda mühəndis texnoloq, mühəndis konstruktor vəzifələrində işləyib.1990–1993-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında oxuyub, “Avtomatlaşdırılmış layihələndirmə sistemləri” ixtisası üzrə elmi-tədqiqat işləri aparıb. 

 

1994-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tətbiqi mexanika kafedrasında müəllim vəzifəsində çalışıb. 

 

1997-ci ildən SDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində, 2011-2017 - ci illərdə həmin kafedranın professoru, 2017-ci ildə kafedranın müdiri vəzifəsində çalışıb. 

 

Gülnarə Quliyeva BDU-nun Fizika fakültəsini bakalavriat səviyyəsi üzrə 2003-cü ildə, magistratura səviyyəsini fərqlənmə diplomu ilə 2005-ci ildə bitirib. Həmin ildən Fizika İnstitutunda kiçik elmi işçi kimi işə başlayıb. 2005-ci ildə aspirantura səviyyəsinə qəbul olub. 

 

2013-cü ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2013 - 2019-cu illərdə Nüvə və yüksək enerjilər fizikası laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışıb. 2019-cu ildə SDU-nun Bərk cisim və Yarımkeçiricilər fizikası kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib.



11.07.2024 | 20:49