Şöbə müdiri: Yazılı müraciətlərin çoxu ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu ilin 6 ayı ərzində daxil olan 6 000-dən çox yazılı müraciətin böyük əksəriyyəti ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti illə bağlıdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov quruma təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
 
“Eyni zamanda digər universitet və kolleclərlə bağlı da quruma müxtəlif tipli müraciətlər daxil olur. Müraciət edən tələbələrin əksər hissəsi təhsil haqlarının ödənilməsi ilə bağlı yaranan çətinliklərdir. Həmin tələbələrin bəziləri Təhsil Tələbə Krediti Fondu barədə, həmçinin güzəştli kateqoriyaya daxil olmaqları ilə bağlı məlumatlı deyillər. Həmçinin tələbələrin köçürülməsi, bərpa və sair məsələlərlə bağlı da bizə çox böyük sayda müraciətlər var”, - deyə şöbə müdiri əlavə edib.


11.07.2024 | 16:08