Aparıcı ali təhsil müəssisələrində rəqabət qanunvericiliyi ilə bağlı fənn tədris olunacaq | |
Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində rəqabət qanunvericiliyi ilə bağlı fənlərin tədrisinə başlanılması nəzərdə tutulub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra digər ali təhsil müəssisələri ilə fəal dialoq aparılır.
M.Abbasbəyli həmçinin qeyd edib ki, əsas məsələlərdən biri ölkəmizdə rəqabətin bölüşdürülməsi meyarlarını müəyyənləşdirməkdir:
"Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabətçilik indeksinin müəyyənləşdirilməsi və bunun üçün də rəqabət xəritəsinin hazırlanmasıdır. Bu, daha böyük data və onların təhlilini tələb edir. Bu, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin mövcud olması, hər bir bölgəmizdə sahibkarlıq strukturları, onların bazar payları və verdikləri məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır".
|
|
11.07.2024 | 13:49 | |
|
|
|