"Ədəbiyyat həyatın güzgüsüdür"

Şabran rayon Şahnəzərli kənd tam orta məktəbində "Ədəbiyyat həyatın güzgüsüdür" adlı tədbir keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynovadan  aldığımız məlumata görə, tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Nəbi Həbibov ədəbiyyatın insan mənəviyyatının zənginləşməsinə, sağlam düşüncənin formalaşmasına birbaşa təsir göstərdiyini bildirərək, bədii ədəbiyyatın hikmətlər xəzinəsi olmasından danışıb.

 

Sonra  ədəbiyyat müəllimlərindən Vüsalə Qasımova, Şəfəq Qəniyeva və Uşaq Birliyi Təşkilatının rəhbəri Mehparə Hacıyeva çıxış ediblər.

 

Tədbir boyu məktəblilərin təqdimatında Azərbaycan ədəbiyyatının bütün dövrlərini əhatə edən səhnəciklər nümayiş edilib, şeirlər səsləndirilib və qısa filmlər göstərilib.

 

Şakir CƏFƏROV



13.03.2018 | 17:40