MİQ üzrə test imtahanları yekunlaşıb

2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib. 

 

Müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarıqlı müəllimlərin aşkarlanmasında bərabər və ədalətli imkandır.

 

Müsabiqənin test imtahanlarının təşkilində Daxili İşlər Nazirliyinin əməkdaşları, TƏBİB-in işçiləri, regional təhsil idarələrinin əməkdaşları, “Məktəblinin Dostu” layihəsinin nümayəndələri və “Bir” Tələbə Könüllü İctimai Birliyinin üzvləri böyük dəstək göstəriblər. 



10.07.2024 | 19:58